15 yaşdan yuxarı gənclərin funksional aksesuarı olan saat brendi
2021-ci ildə Azərbaycanın VMF Saat Fabriki Yaponiyanın Citizen Saat Korporasiyasının mexanizmləri ilə yeni VMF Rover brendini yaratmağa başladı. Bu saat brendi yaş hədəfinə görə anında dünyanın ilk pozisiyalarına qalxdı. Belə ki, 15 yaşdan yuxarı gənclər üçün İndiana, Flora, Fauna, Sport, Stalker kolleksiyaları artıq 2022-ci ilin yayından öz müştərilərinin zövqünü oxşayır.
Bütün saatlar istifadə üçün olan bütün sertifikasiyalardan keçərək tam sağlam və alergik fəsadlar yaratmayan materiallardan istehsal olunub. Paslanmayan polad və xüsusi metallardan istehsal olunan bu saatlar zərbəyə dözümlü, suya davamlı və 2 il zəmanətə malikdir.
Saatların dizaynları Azərbaycan, İsveçrə və Danimarka mütəxəssisləri tərəfindən hazırlanıb. Bu saatlar və onların funksional görünüşü ciddi və 1 il ərzində gənclərin istəklərinin araşdırmaları əsasında ərsəyə gətirilib.